Futbol üzrə İspaniya La Liqasının nümayəndələri Fransa millisinin hücumçusu Kilian Mbappenin PSJ ilə bu ilin mayında imzaladığı yeni müqavilənin ləğvi üçün Paris inzibati məhkəməsinə müraciət edib.
Sportnet.az AFP-yə istinadən xəbər verir ki, vəsatət təcili xarakter daşımadığından təmin olunmayıb.
İspaniya tərəfinin hüquqlarını müdafiə edən vəkili Xuan Branko bildirib ki, ilk cəhdləri güclü müqavimətlə qarşılaşsa da, bu, hələ başlanğıcdır: "Bir neçə ay sonra Avropa məhkəmələrinə müraciət ünvanlayacağıq".
Qeyd edək ki, Kilian Mbappe ötən mövsümün sonunda İspaniya "Real Madrid"i ilə anlaşsa da, sonradan PSJ ilə müqavilənin müddətini daha 2 il uzadıb.