Gürcüstanın Tbilisi şəhərinin meri Kaxa Kaladze "Dinamo"nun yeni sahibi ola bilər.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, veteran müdafiəçi sabiq klubunun səhmlərini almaq istəyir.
Həmçinin, paytaxt təmsilçisinə əcnəbi şirkətlərin də maraq göstərdikləri bildirilib.
Qeyd edək ki, gürcüstanlı iş adamı Roman Pipiya "Dinamo"nu satmağı qərara alıb.