
İspaniyanın "Barselona" və "Real Madrid" komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma ABŞ-ın Las Veqas şəhərindəki "Allegiant" stadionunda baş tutub.
Görüş Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 27-ci dəqiqədə Rafinya vurub.
Qeyd edək ki, "Barselona" La Liqanın I turunda avqustun 13-də "Rayo Valyekano"nu qəbul edəcək. Madrid klubu isə bir gün sonra "Almeriya"nın qonağı olacaq.
???????? R A P H I N H A ???????? pic.twitter.com/pMVeVcacaM
— FC Barcelona (@FCBarcelona_es) July 24, 2022