Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Sportnet.az xəbər verir ki, Özbəkistanın müvafiq yaş qrupundan ibarət kollektivə qarşı görüş 2:2 hesabı ilə başa çatıb. Yığmanın heyətində Murad Məmmədov və Niyazi Osmanov fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun iyulun 29-da olacaq.