
İspaniya "Barselona"sı futbolçusu Frenki de Yonqa ultimatum verib.
Sportnet.az-ın "Mundo Deportivo" nəşrinə istinadən məlumatına görə, Kataloniya təmsilçisi niderlandlı yarımmüdafiəçinin qarşısına şərt qoyub.
25 yaşlı oyunçuya bildirilib ki, ya maaşının 50 faiz azaldılmasına razılaşmalı, ya da komandanı tərk etməlisən. Hələlik futbolçu və agenti "Barselona"nın istəyinə cavab verməyib.
Qeyd edək ki, Frenki de Yonq uzun müddətdir İngiltərənin "Mançester Yunayted" klubunun maraq dairəsindədir. Amma yarımmüdafiəçi "Barselona"nı "qırmızı şeytanlar"a dəyişməyi geriyə addım hesab edir.
De Yonqun kataloniyalılarla 2026-cı ilin yayınadək müqaviləsi var.