
İspaniyanın "Qranada" klubunun futbolçusu Eddi İsrafilov Azərbaycan millisində debüt edib. Sportnet.az-ın məlumatına görə, o, Malta ilə oyunun 80-ci dəqiqəsində mərkəzi arenada meydana çıxıb.
İsrafilov yığmanın hücumçusu Vüqar Nadirovu əvəzləyib. Azarkeşlər onun meydana çıxmasını böyük coşqu ilə qarşılayıb.
Qeyd edək ki, hazırdan davam edən matçda Azərbaycan Maltanı 1:0 hesabı ilə məğlub edir.