
"Qarabağ"ın futbolçusu Riçard Almeyda cəzalı duruma düşüb.
Sportnet.az-ın məlumatına görə, buna 33 yaşlı yarımmüdafiəçinin İsveçrədə "Sürix"ə qarşı keçirdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında sarı vərəqə görməsi səbəb olub.
Cari mövsüm 3-cü dəfə sarı vərəqə ilə cəzalandırılan Almeyda növbəti avrokubok oyununu buraxmalı olacaq.
Qeyd edək ki, qarşılaşmada ikinci hissə oynanılır və "köhlən atlar" 0:1 hesabı ilə uduzur. Azərbaycan çempionu Bakıdakı ilk matçda rəqibini 3:2 hesabı ilə üstələyib.