"Növbəti mərhələ Stanislav Çerçesov və "Ferentsvaroş" üçün daha çətin olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu Rusiyanın "Rubin" komandasının sabiq baş məşqçisi Rinat Bilyaletdinov "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan çempionuna qarşı keçirəcəyi oyunlar barədə "Championat"a açıqlamasında deyib.
65 yaşlı mütəxəssis "köhlən atlar"ın yaxşı legionerlərinin olduğunu bildirib: "Qarabağ"ın bu rəqibi neсə keçməsi aydın deyil. İsveçrə çempionatı millisi kimi yaxşıdır. Onlar həmişə yüksək səviyyədə oynayırlar. Azərbaycan təmsilçisində güclü legionerlər və ölkə millisinin aparıcı üzvləri çıxış edir".
Qeyd edək ki, "Qarabağ" ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.