
Portuqaliyanın "Portu" klubunun və Braziliya yığmasının futbolçusu Danilo İspaniya "Real Madrid"i ilə müqavilə bağlayıb. Sportnet.az-ın Madrid klubunun rəsmi saytına istinadən məlumatına görə, braziliyalı müdafiəçinin anlaşması 2021-ci ilədək qüvvədə olacaq. 
Onun illik əmək haqqı 2 milyon avro təşkil edəcək. "Portu"ya isə bu transfer qarşılığında 31,5 milyon avro ödəniləcək. 
Qeyd edək ki, Danilo iyunun 30-dan "Real Madrid"in oyunçusu olacaq.









                 





    
    
    
    
    
    
    
    
    




















































