FİFA İsveç Futbol Federasiyasını İranla keçirilən oyunda baş verənlərə görə cəzalandıracaq. Sportnet.az-ın məlumatına görə, buna azarkeşlər səbəb olub.
İsveçin "Friends Arena" stadionunda keçirilən yoldaşlıq oyununda 35 min tamaşaçının 25 minə yaxını qonaq İran komandasının tərəfdarı olub. İranlı azarkeşlər oyun zamanı 1979-cu il inqilabına qədər mövcud olmuş İran bayrağını qaldırıblar. Bütün oyun boyu onlar İran hakimiyyətinə qarşı çeşidli şüarlar səsləndiriblər.
Məlumatda bildirilib ki, tamaşaçıların siyasi hərəkətinə görə FİFA İsveç Futbol Federasiyasını cəzalandıracağı istisana edilmir.
Qeyd edək ki, oyun 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
İsveç cəzalanacaq