1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ruslan Qurbanovun komanda yoldaşı qalmaqal törətdi
Azərbaycan yığmasının futbolçusu Ruslan Qurbanovun çıxış etdiyi Xorvatiyanın "Hayduk" klubu ilə "Split" komandası arasındakı derbidən sonra qalmaqal baş verib. Sportnet.az-ın məlumatına görə, Qurbanovun ukraynalı komanda yoldaşı Artyom Milevski paltardəyişmə otağının qapısını təpiklə qırıb.
O, "Hayduk"un 1:2 hesablı məğlubiyyətindən sonra bu addımı atıb. Sonradan Milevski üzr istəyib: "Mən belə etməməli idim. Məğlubiyyətə dözmək asan deyildi. Etdiyim hərəkətdən çox təəssüflənir və hamıdan üzr istəyirəm".
Qeyd edək ki, Artyom Milevski "Split"lə qarşılaşmada yeganə qolun müəllifi olub. O, 37-ci dəqiqədə hesabı açıb. Ruslan Qurbanov isə 67-ci dəqiqədə meydana daxil olub.