Türkiyənin "Fənərbaxça" klubuna qarşı törədilən silahlı hücuma milli komanda üzvləri etiraz edib. məlumatına görə, yığma üzvləri çempionat oyunlarının təxirə salınmasını istəyib.
Futbolçular bir-biriləri və ailələri ilə danışaraq məsələ öz həllini tapanadək çempionat oyunlarına çıxmamaq barədə qərar qəbul etmək istədiklərini bildiriblər.
Qeyd edək ki, "Rizəspor"la oyundan sonra "Fənərbaxça" futbolçuları avtobusda olarkən nəqliyyat vasitəsinə qarşı silahlı hücum törədilmişdi. Nəticədə futbolçular xəsarət almasa da, avtobusa ziyan dəyib.