İspaniyanın "Barselona" klubu futbolçusu Dani Alveslə müqavilə müddətini artıracaq. Sportnet.az-ın məlumatına görə, müdafiəçi ilə 2 illik müqaviləyə qol çəkiləcək.
Klub prezidenti Jozep Bartomeu yeni həftədə müqavilənin təqdim ediləcəyini bildirib.
Qeyd edək ki, 31 yaşlı müdafiəçi cari mövsümdə "Barselona" forması ilə 22 La Liqa matçına çıxıb.