
Makedoniya milli komandasında baş məşqçi istefası gerçəkləşib. Sportnet.az-ın məlumatına görə, Makedoniya Futbol Federasiyasının idarə heyətinin iclasından sonra Bosko Djurovskinin vəzifəsinə son qoyulub.
Buna səbəb yığma komandanın AVRO-2016-nın seçmə mərhələsində uğursuz çıxışıdır. C qrupunda yer alan Makedoniya 5 oyundan bir dəfə qalib gəlib və 4-də məğlub olub.
Yeni baş məşqçinin kimliyi hələ müəyyənləşməyib. Djurovski 2013-cü ildən Makedoniya millisində çalışır.
Qeyd edək ki, "Qarabağ"ın üzvü Muarem Muraem də Makedoniya yığmasının üzvüdür.









                 





    
    
    
    
    
    
    
    
    





















































