Yeni mövsümün hazırlıqlarına başlamaq üzrə olan AZAL rənglərinə iki
futbolçu qatıb. Sportnet.az-ın klub saytına istinadən yaydığı məlumata görə, "təyyarəçilər”
"Qarabağ” klubunun iki oyunçusu – Eltun Yaqublu və Təmkin Xəlilzadənin keçidi
həll edib.
Belə ki, klublar arasında futbolçuların 1 illiyə icarəyə verilməsi barədə razılıq əldə olunub. Futbolçularla şəxsi müqavilələr isə yaxın günlərdə imzalanacaq.
Qeyd edək ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanov ötən mövsüm 21 yaşlı yarımmüdafiəçi Təmkin Xəlilzadəyə əsas komandanın heyətində 4 oyunda şans verib. 23 yaşlı müdafiəçi Eltun Yaqublu isə cəmi 1 oyunda meydana çıxıb 67 dəqiqə oynamaq şansı qazanıb.
Sevinc XANQIZI