
"Məncə, matçın nəticəsi birinci hissədə həll olundu. Bundan sonra yeganə məqsədimiz oyundan həzz almaq və futbolumuzu göstərməyə çalışmaq idi".
Sportnet.az-ın məlumatına görə, bunu İran millisinin baş məşqçisi Karluş Keyroş Qətərdəki dünya çempionatında İngiltərəyə 2:6 hesabı ilə uduzduqları B qrupunun ilk tur oyunundan sonra mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis bildirib ki, artıq matçın əvvəlində bir komandanın digərindən yüksək səviyyəli futbol nümayiş etdirdiyi hiss olunurdu: "Amma ya qalib gəlirik, ya da öyrənirik. İngiltərə yığmasından çox şey öyrənməkdən şərəf duyduq. Uelslə görüşə daha yaxşı hazırlaşacağıq".
Qeyd edək ki, İngiltərə - İran matçın ilk hissəsi Avropa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.