ABŞ-ın "Los-Anceles" klubunda çıxış edən Qaret Beyl Uels millisinin tarixinə düşüb.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı hücumçu buna Qətərdə təşkil olunan dünya çempionatında İrana seçməsinə qarşı II tur oyununda meydana çıxmaqla nail olub.
Beyl yığmada 110-cu matçında iştirak edir. O, komanda yoldaşı Kris Qanteri (109) geridə qoyub.
Qeyd edək ki, Kris Qanter DÇ-2022 üçün yığmaya çağırılsa da, hələlik meydana çıxmayıb.