
Bakıda
təşkil olunan UEFA-nın İnkişaf turnirinində II turun oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, 16 yaşadək qadın futbolçulardan ibarət millimiz
Bayıl stadionunda Qazaxstan seçməsi ilə qarşılaşıb. 
	
	Matçın əsas vaxtı 0:0
hesabı ilə bitib. Qalib penaltilər seriyasında müəyyən olub. Zərbələri daha dəqiq
yerinə yetirən qızlarımız 5:4 hesabı ilə qələbə qazanıblar.
	
	
Günün digər matçında isə Yunanıstan Gürcüstanı 7:0 hesabı ilə məğlubiyyətə uğradıb.









                 





    
    
    
    
    
    
    
    





















































