
Hollandiya çempionatının qalibi sona 3 tur qalmış müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, PSV klubu 9 ildən sonra tarixində 22-ci dəfə ölkə çempionu olub. 
PSV bu uğuru 31-ci turda "Herenven"i evdə 4:1 hesabı ilə yenərək, qazanıb. Bununla da baş məşqçi Filip Kokunun komandası ən yaxın rəqibi "Ayaks" üçün əlçatmaz olub.
Qeyd edək ki, hazırda PSV-nin 79, "Ayaks"ın 66 xalı var. Eyndhoven klubu daha öncə 2006-2007-ci il mövsümündə Hollandiya çempionu olub. 









                 





    
    
    
    
    
    
    
    
    






















































