
Türkiyə I divizionunda XXVIII turun oyunları keçirilir. Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisinin sabiq üzvü Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" komandası "Osmanlispor"u qəbul edib.
Manısa təmsilçisinin 0:2 hesabı ilə məğlub olduğu matçda Subaşiç 79-cu dəqiqədə meydana daxil olub.
Cəmşid Məhərrəmovun şərəfini qoruduğu "Adanaspor" komandası isə "Alanyaspor"la qarşılaşıb. Məhərrəmovun adı ilk "18"likdə olub. Lakin onun koməyinə ehtiyac duyulmayıb. Millimizin keçmiş yarımmüdafiəçisinin komandası 3:0 hesabı ilə qələbə qazanıb.