İtaliya Super Kubokunun qalibi bəlli olub.
Sportnet.az xəbər verir ki, "Milan”ı 3:0 hesabı ilə məğlub edən “İnter” ardıcıl ikinci dəfə tutula sahib çıxıb.
Görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Fəhd adına Beynəlxalq Stadionda keçirilib.
Qolları 10-cundəqiqədə Federiko Dimarko, 21-ci dəqiqədə Edin Ceko və 77-ci dəqiqədə Lautaro Martines vurublar.
“Milan” son İtaliya çempionu, “İnter” isə ölkə kubokunun sahibi kimi Superkubok matçında oynamaq hüququ əldə edib.
İtaliya Superkuboku 1988-ci ildən keçirilir, ən titullu komanda 9 qələbəsi olan “Yuventus”dur.
“İnter” yeddinci dəfə İtaliya Superkubokunu qazanıb və bu göstəriciyə görə “Milan”la ikinci yeri paylaşır.