“Qarabağ” kimi güclü rəqibi möhtəşəm üslubla məğlub etməyimiz ümidvericidir”.
Sportnet.az xəbər verir ki, bunu Polşanın “Poqon” klubunun futbolçusu Dante Stipika Türkiyə toplanışında “Qarabağ”la keçirilən yoxlama görüşünü dəyərləndirərkən deyib.
32 yaşlı xorvatiyalı qapıçı 4:2 hesabı ilə qalib gəldikləri matçı yüksək səviyyədə keçirdiklərini söyləyib: “Fəxr edirəm ki, “Qarabağ”la matçda komandamızın bir parçası oldum və qələbəyə töhfə verdim. Ümumilikdə çox uğurlu 10 günlük toplanış oldu. Hər üç yoxlama görüşünü yüksək səviyyədə keçirdik. Düzdür, bunlar yalnız yoldaşlıq oyunları idi. Ancaq yenə də güclü rəqiblərə, ölkələrində dəfələrlə çempion olan komandalara qalib gəldik. İstənilən rəqibin öhdəsindən gəlmək iqtidarında olduğumuzu göstərdik”.
Qeyd edək ki, Antalya toplanışını başa vuran “Qarabağ” yoxlama görüşlərində Polşa təmsilçiləri “Rakuv” (0:3) və “Poqon”a (2:4) məğlub olub, Serbiya klubu “Çukariçki” üzərində minimalhesablı (1:0) qələbə qazanıb.