Almaniya millisinin keçmiş baş məşqçisi Rüdi Föller bu komandaya qayıdıb.
Sportnet.az xəbər verir ki, Almaniya Futbol Assosiasiyası (DFB) 63 yaşlı mütəxəssisi yığmanın idman direktoru vəzifəsinə təyin edib.
O, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından sonra istefa verən Oliver Birhoffu əvəzləyib. Föller fevralın 1-dən yeni işində fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Rüdi Föller 2000-2004-cü illərdə Almaniya yığmasına rəhbərlik edib.