
Polşa millisinin və İspaniya "Barselona"sının hücumçusu Robert Levandovski ölkəsində 2022-ci ilin ən yaxşı futbolçusu seçilib.
Sportnet.az xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının saytı məlumat yayıb.
Yığmanın kapitanı karyerasında 11-ci dəfə bu mükafatı alıb. Ötən il hücumçu "Bavariya" ilə birlikdə Bundesliqanın qalibi olub. O, milli komanda ilə Qətərdə keçirilən dünya çempionatında da iştirak edib.