İspaniyanın "Real Madrid" klubunun qapıçısı İker Kasilyas üçün Çempionlar Liqasının 1/4 final mərhələsində "Atletiko" ilə matç əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, ispaniyalı qapıçı bu görüşdə qapısından qol buraxmayaraq, hollandiyalı əlcək ustası Edvin ban der Sarın qol buraxmamaq rekordunu yeniləyib.
İker turnirin 52 matçında qapısının toxunulmazlığını qoruduğu üçün Çempionlar Liqasının rekordunu yeniləyib.
Qeyd edək ki, "Atletiko"nu 1:0 hesabı ilə məğlub edən "Kral klubu" Çempionlar Liqasının yarımfinal mərhələsinə adlayıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |