
Sportnet.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda İsveçrədə "Bazel"ə 3:1 hesabı ilə qalib gələn İtaliya "Fiorentina"sı həlledici qarşılaşmada İngiltərə "Vest Hem"inə rəqib olub.
UEFA Konfrans Liqasında ilk finalçının adına aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda Niderlandda "AZ Alkmaar"la 1:0 hesabı ilə qalib gələn İngiltərə "Vest Hem"i həlledici matçda iştirak hüququ qazanıb. İlk görüşdə London təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı.
İsveçrədə "Bazel" və İtaliya "Fiorentina"sı arasında keçirilən yarımfinalın digər oyununda isə əsas vaxt qonaqların üstünlüyü ilə yekunlaşıb - 2:1. İlk qarşılaşmada isveçrəlilər 1 top fərqi ilə qalib gəldiklərindən ümumi hesab bərabərləşib. Bu səbəbdən matçda əlavə vaxt oynanılacaq.
UEFA Konfrans Liqası
Yarımfinal, cavab oyunları
18 may
23:00. "Bazel" (İsveçrə) - "Fiorentina" (İtaliya) - 1:3 (ƏLAVƏ VAXTDA - 0:1)
Qollar: Zeki Amduni, 55 - Nikolas Qonsales, 35; 72. Antonin Barak, 120+9
Baş hakim: Xose Mariya Sançes (İspaniya)
Bazel, "Sankt-Yakob Park" stadionu
İlk oyun - 2:1
23:00. "AZ Alkmaar" (Niderland) - "Vest Hem" (İngiltərə) - 0:1
Qol: Pablo Fornals, 90+4
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Alkmaar, AZ stadionu
İlk oyun - 1:2
Qeyd edək ki, turnirin final görüşü iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.
--------------------
Bu gün UEFA Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab görüşləri oynanılacaq.
Sportnet.az xəbər verir ki, "Bazel" "Fiorentina"nı qəbul edəcək. Bu komandalar arasında ilk oyun İsveçrə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər matçda "Vest Hem" "AZ Alkmaar"ın qonağı olacaq. İngiltərə klubu ilk görüşdə 2:1 hesablı qələbə qzanıb.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Konfrans Liqasının finalı iyunun 7-i Çexiyada keçiriləcək.
18 may
23:00. "Bazel" (İsveçrə) - "Fiorentina" (İtaliya)
Baş hakim: Xose Mariya Sançes (İspaniya)
İlk oyun - 2:1
23:00. "AZ Alkmaar" (Niderland) - "Vest Hem" (İngiltərə)
Baş hakim: İvan Krujlyak (Slovakiya)
İlk oyun - 1:2