
İtaliya A Seriyasının 2014/15 mövsümün qalibi müəyənləşib. Sportnet.az-ın məlumatına görə, Turinin "Yuventus" klubu çempionatın bitməsinə 4 tur qalmış çempionluğu təmin edib.
XXXIV turda "Sampdoriya" ilə qarşılaşan "Qoca sinyora" rəqibini 1:0 hesabı məğlub edərək xal sayını 79-a çatdırıb. İkinci pillədə qərarlaşan "Latsio"nun isə hesabında 62 xal var.
Qeyd edək ki, "Yuventus" bununla da ardıcıl 4-cü dəfə İtaliya çempionu adını qazanıb.