1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Millinin sabiq hücumçusu Səlimovu döydü
Ukraynanın "Tavriya" klubunun icraçı direktoru Aleksandr Qaydaş referi köməkçisi Ruslan Səlimovu döyüb. Sportnet.az-ın məlumatına görə, hadisə Krımda keçirilən turnirin "Qvardeets"- "Tavriya" matçında (1:0) baş verib.
Ukrayna millisinin keçmiş hücumçusu Qaydaş oyunun fasiləsində hakimlərin otağına daxil olaraq Səlimova zərbələr endirib. İlk hissədə "Tavriya"nın qol vurduğu qeydə alınmayıb.
İnsidentə baş hakim Dmitriy Qraçev və ikinci köməkçisi şahidlik edib. Qarşılaşmanın inspektoru Vladimir Kutsev həmin epizodu raportda qeyd edib Krım futbol Federasiyasına göndərib.
Qeyd edək ki, görüşün baş hakimi matçı sona kimi davam etdirib. Zərər çəkən hakim Ruslan Səlimov da meydana çıxıb.