Şotlandiya millisinin və "Blekbern" klubunun sabiq kapitanı Kolin Xendri keçmiş sevgilisini izləmək və ona hücum etməkdə təqsirləndirilir. Sportnet.az-ın məlumatına görə, 49 yaşlı şotlandiyalı hadisəni 24 aprel günü törədib.
Onun xanıma qorxuducu məktublar yolladığı da aşkarlanıb. Keçmiş futbolçu mayın 26-da məhkəmə önünə çıxacaq.
Onun xanıma qorxuducu məktublar yolladığı da aşkarlanıb. Keçmiş futbolçu mayın 26-da məhkəmə önünə çıxacaq.
Qeyd edək ki, Xendri 1994/95 mövsümündə "Blekbern"in heyətində İngiltərə çempionu olub. O, həm də "Reyncers", "Mançester Siti" və "Bolton " kimi klublarda çıxış edib.