
“Yuventus” futbolçusu Kənan Yıldızın gələcəyi ilə bağlı qərar verib.
Sportnet.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi Türkiyə millisinin hücumçusunu satmağı planlaşdırmır.
Son vaxtlar mətbuatda 18 yaşlı oyunçunun "Yuventus"dan ayrıla biləcəyi ilə bağlı xəbərlər yayılıb. Lakin futbolçunun A Seriyasında ardıcıl oynadığı iki matçdan sonra vəziyyət dəyişib.
Xatırladaq ki, Yıldız ölkə çempionatında “Yuventus”da debüt etdiyi “Frozinone”yə qarşı görüşdə qol vurmuşdu. Kənan 2022-ci ilin yayında "Bavariya"dan "qoca sinyora"ya keçib.