“Qəbələ” iordaniyalı futbolçusu Omar Hani ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
23 yaşlı yarımmüdafiəçi qış fasiləsində “Qəbələ” ilə vidalaşan ilk oyunçu olub. Onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2021-ci ilin sentyabrından bölgə təmsilçisində çıxış edən legioner “qırmızı-qara” formada 85 matçda 4 qol vurub. Omar Premyer Liqada 71 (3 qol), Azərbaycan kubokunda 10 (1 qol), avrokuboklarda 1 matçda iştirak edib.
Qeyd edək ki, asiyalı futbolçu “Qəbələ”nin heyətində 2022/23 mövsümündə Azərbaycan kubokunun qalibi olub.