
Ötən gecə nəticələri açıqlanan FİFA-nın "The Best" səsverməsində Azərbaycan millisinin baş məşqçisi (keçmiş) Canni de Byazi və komandanın kapitanı Emin Mahmudov da iştirak edib.
Sportnet.az xəbər verir ki, Canni De Byazi Erlinq Haalanda 5, Kilian Mbappeyə 3, Bernardo Silvaya isə 1 səs verib.
Mahmudov ilin ən yaxşı kişi futbolçusu nominasiyasında Erlinq Haalanda 5, Lionel Messiyə 3, Kevin de Brüyneyə isə 1 səs verib.
Azərbaycanlı jurnalist Rasim Mövsumzadə isə Lionel Messiyə 5, Erlinq Haalanda 3, İlkay Gündoğana isə 1 səs verib.
İlin ən yaxşı qapıçısı nominasiyası üzrə De Byazi Tibo Kurtuaya 5, Andre Onanaya 3, Yassin Bunuya 1 səs verib.
Mahmudov 5 xalı Tibo Kurtuaya, 3 xalı Andre Onanaya, 1 xalı Edersona ünvanlayıb.
De Byazi kişi komandaları üzrə ilin ən yaxşı baş məşqçisi nominasiyası üzrə Simeone İnzaqiyə 5, Xosep Qvardiolaya 3, uçano Spalettiyə 1 səs verib.
Mahmudov 5 xalı Xosep Qvardiolaya, 3 xalı Luçano Spalettiyə, 1 xalı isə Simeone İnzaqiyə ünvanlayıb.