"Roma"dan ayrılan Joze Mourinyo artıq yeni təkliflər alıb.
Sportnet.az xəbər verir ki, portuqaliyalı mütəxəssislə Səudiyyə Ərəbistanının 2 klubu maraqlanır. "Əl-Hilal" və "Əl-Əhli"nin ona təklif göndərdiyi bildirilib.
Qeyd edək ki, Mourinyo dünən "Roma"nın baş məşqçi vəzifəsindən istefaya göndərilib. O, 2021-ci ilin may ayından İtaliya təmsilçisini çalışdırırdı.