Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin bu gün "Kocaelispor"la müqavilə imzalayacağı gözlənilir.
Sportnet.az xəbər verir ki, bu haqda "Kocaeli" qəzetinin saytı məlumat yayıb. Bildirilib ki, Dubayda olan futbolçu oradan təyyarə ilə Türkiyəyə yollanacaq. Tibbi müayinədən keçdikdən sonra onun klubla müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, R.Şeydayev dünən özünün İnstaqram səhifəsində Dubaydan şəkil paylaşıb. Bu isə onun artıq Tailandın "Buriram Yunayted" klubu ilə vidalaşdığına dair ehtimallara yol açıb.
Xatırladaq ki, 27 yaşlı hücumçu "Qarabağ"dan ayrıldıqdan sonra 2023-cü ilin yayında "Buriram Yunayted" ilə 2 illik müqavilə imzalamışdı.