Türkiyənin “Kocaelispor” klubu yeni transferi Ramil Şeydayevi Rusiya vətəndaşı kimi sifariş edib.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin üzvü ilə bağlı müraciət qəbul olunub.
28 yaşlı hücumçu 2025-ci il iyunun 30-na qədər “Kocaelispor”un oyunçusu kimi qeydiyyata alınıb. Bu isə o deməkdir ki, Şeydayevin TFF I Liqa klubunun heyətində rəsmi matçlarda iştirak etməsində heç bir maneə yoxdur.
Qeyd edək ki, “Kocaelispor” I Liqanın XIX turu çərçivəsində yanvarın 20-də Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor”la qarşılaşacaq.