Azərbaycan milli komandasının futbolçusu Rahil Məmmədovun LKS klubuna keçidi rəsmiləşib.
Sportnet.az xəbər verir ki, bu barədə Polşa təmsilçisi məlumat yayıb.
"Qarabağ"ın sabiq oyunçusu ilə 1,5 illik müqavilə imzalanıb. Müdafiəçinin müqaviləsi 2025-ci ilin iyunun sonuna qədərdir.
O, yeni komandasında toplanış üçün bu gün Türkiyənin Antalyaya yollanacaq və LKS ilə hazırlıq prosesində iştirak edəcək.