Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov Türkiyə Super Liqasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, onun çıxış etdiyi "Hatayspor" 21-ci tur çərçivəsində "Kasımpaşa"nın qonağı olub.
Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə Renatın komandası ardıcıl 9-cu oyunda meydanı qələbə qazanmadan tərk edib. Millimizin futbolçusu oyuna fasilədən sonra daxil olub və 24 dəqiqə meydanda olub.
Qeyd edək ki, Hatay klubu turnir cədvəlində 14-cü pilləyə yer alıb. Komandanın hesabında 21 oyundan sonra 21 xal var.