Belekdə (Türkiyə) təlim-məşq toplanışında olan Kostanay “Tobol”u ilə Rusiyanın “Çelyabinsk” klublarının futbolçuları yoldaşlıq görüşü zamanı dava edib.
Sportnet.az xəbər verir ki, “Tobol” Rusiya 2-ci Liqasının klubuna uduzub. Görüşün 2-ci hissəsində Qazaxıstan millisinin futbolçusu İslam Çesnokov top uğrunda mübarizə apardıqdan sonra Çelyabinsk təmsilçisi ilə mübahisə edib. Nəticədə futbolçular arasında mübahisə yaranıb və matçın baş hakimi onların hər ikisini meydandan kənarlaşdırıb. Ehtiyat oyunçular skamyasına gedərkən Çelyabinsk təmsilçisinin oyunçusu Çesnokovun boğazından yapışıb və bu, futbolçular arasında davaya səbəb olub, buna digər oyunçular da qoşulub. Lakin vəziyyət sakitləşib, bundan sonra matç davam edib.
Qeyd edək ki, görüş Rusiya klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kostanaylıların yeganə qolu komandanın yeni oyunçusu, mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əhməd El Messaudi vurub.