
“Bavariya”nın futbolçusu Kinqsli Koman zədələnib.
Sportnet.az xəbər verir ki, 27 yaşlı hücumameyilli yarımmüdafiəçi Bundesliqanın 19-cu turunda “Auqsburq”la matçda (3:2) sıradan çıxıb. Tibbi müayinədən sonra onun 2-3 ay yaşıl meydanlardan uzaqda qalacağı müəyyənləşib.
Qeyd edək ki, Koman bu mövsüm “Bavariya”nın heyətində 24 matça çıxıb, 5 qol vurub və 3 qolun ötürməsini verib.