
Ötənlərin məşhur almaniyalı futbolçusu Yurgen Koler ürəyindən uğurla əməliyyat olunub. Sportnet.az-ın məlumatına görə, bu barədə Almaniyanın "Borussiya" (Dortmund) komandasının sabiq müdafiəçisinin özü "Bild"ə açıqlama verib.
O deyib: "Məndə hər şey yaxşıdır. Narahatlıq üçün səbəb yoxdur. Əməliyyat uğurla aparıldı".
Qeyd edək ki, Yurgen Koler məhz səhhəti ilə əlaqədar 2008-ci ildə Almaniyanın aşağı divizion klubu "Aalen"in baş məşqçi postundan ayrılıb.