
İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti istefaya göndəriləcək. Sportnet.az-ın "Sky Sport Italia"ya istinadən verdiyi məlumata görə, klub prezidenti Florentino Peres bu barədə mayın 24-də rəsmən açıqlama verəcək.
İtaliyalı mütəxəssisi Almaniyanın "Borussiya" (Dortmund) komandasının baş məşqçisi Yurgen Klopp əvəzləyəcək.
Qeyd edək ki, Karlo Ançelotti 2013-cü ilin yayından "Real Madrid"in baş məşqçisidir.