
Asiya Futbol Konfederesiyası 9 vyetnamlı futbolçunu ömürlük diskvalifikasiya edib. Sportnet.az-ın məlumatına görə, həmin futbolçular danışılmış oyunlarda iştirak etməkdə təqsirləndirilirlər.
Ötən il Vyetnamın "Vassai Ninbin" klubunun 8 oyunçusu Asiya Çempionlar Liqasında "Kelantin" ilə danışılmış oyunun üzvü olduqlarına görə şərti cəza almışdılar. Bir nəfər isə 30 ay müddətinə həbs cəzasına məruz qalmışdı. Həmin 3:2 hesablı qələbəyə görə hər oyunçu 48 min dollar qazanmışdılar.
Ancaq sonradan Vyetnam futbol Federasiya həmin futbolçuları ömürlük diskvalifikasiya edib.