
Rusiyanın "Rubin" klubu baş məşqçisi Rinat Bilyaletdinov ilə müqavilənin müddətini uzadıb. Sportnet.az-ın məlumatına görə, bu barədə Kazan klubun rəsmi saytı xəbər verib.
Bilyaletdinov "2+1" il müddətində "Rubin"ə başçılıq edəcək.
Qeyd edək ki, Azərbaycan millisinin və "Qəbələ" klubunun futbolçusu Ruslan Abışov 2013-2014-cü illərdə "Rubin"də çıxış edib.