UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.
Sportnet.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda Fransanın PSJ kollektivi evdə Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edib.
Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 50-ci dəqiqədə Mats Hummels fransızların qapısından keçirib. Bu komandalar arasında keçirilən ilk matçda da dortmundlular qələbə (1:0) qazanmışdı.
Qeyd edək ki, "Borussiya"nın finaldakı rəqibi bu gün keçiriləcək "Real" (Madrid) - "Bavariya" görüşündən sonra bəlli olacaq.
--------------------------------
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.
Sportnet.az xəbər verir ki, PSJ Fransada Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü italiyalı Daniele Orsato idarə edəcək.
Dortmunddakı ilk matçda meydan sahibləri qələbə qazanıb - 1:0.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər cavab oyununda "Real" İspaniyada Almaniyanın "Bavariya" kollektivini sınağa çəcək. Münhendəki qarşılaşmada heç-heçə (2:2) qeydə alınıb.