Türkiyənin "Adana Dəmirspor" klubu futbolçusu Luiş Nani ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə Adana təmsilçisinin rəsmi "X" hesabı məlumat yayıb.
37 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, Luiş Nani 2023-cü ildən "Adana Dəmirspor"un formasını geyinir. Bu komandada Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev də çıxış edir.