
"Yuventus" klubunun baş məşqçisi Massimiliano Alleqri italiyalı jurnalist Qvido Vaçaqonu hədələyib.
Sportnet.az “Tuttosport”a istinadən xəbər verir ki, qalmaqal İtaliya Kubokunun finalında baş tutan “Atalanta” ilə matçdan sonra yaşanıb.
Mütəxəssis “Tuttosport”un direktorunu həqiqəti əks etdirməyən məlumatlar yaymaqda günahlandırıb. O, belə davam edəcəyi təqdirdə, məşhur nəşrin əməkdaşını döyəcəyini bildirib: “Sən pis direktorsan! Qəzetinizdə klubun sizə diqtə etdiyini yox, həqiqəti yazın! Qulaq as, mən hara gəlib səni tapacağımı bilirəm. Səni harada gözləyəcəyimi bilirəm. Gəlib hər iki qulağını qoparacağam. Üzünə sillə vuracam. Qəzetdə həqiqəti yazın!”
Mayın 15-də baş tutan “Atalanta” - “Yuventus” matçı Turin təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, M.Alleqri 2021-ci ildən Turin təmsilçisinə rəhbərlik edir. Mütəxəssisin klubla müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.