Rusiyanın prezidenti Vladimir Putin FİFA-da baş verən hadisələrin DÇ-2018-in bu ölkədə keçirilməsinə heç bir təsir göstərməyəcəyini bildirib. Sportnet.az-ın məlumatına görə, bu barədə ölkə başçısı Rusiya mətbuatına açıqlamasında söyləyib.
O, deyib: "Mən bilmirəm. Bunun bizə heç bir aidiyyəti yoxdur".
Qeyd edək ki, FİFA-nın korrupsiya skandalı ilə bağlı Nyu-Yorkda keçirilən mətbuat konfransında ABŞ-ın baş prokuroru Loretta Linc və direktor Ceyms Komi çıxışlarında hadisədə təqsirləndirilən FİFA işçilərinin həbsi ilə bağlı məlumat veriblər.