
Fransa Liqa 1 klubuda icarə əsasında “Marsel”in şərəfini qoruyan, “Beşiktaş”ın futbolçusu Jan Onana və komanda yoldaşı Faris Moumbaqnaya silahlı hücum edilib.
Sportnet.az xəbər verir ki, hücumun məqsədi oğurluq olub.
Qarətçilər futbolçuların olduğu avtomobilə bir neçə atəş açıblar. İnsidentdə Onana və Faris yaralanmadan qurtulub.
Qeyd edək ki, yarımmüdafiəçi Jan Onana bu mövsüm “Marsel”in heyətində 13 oyunda 1 qolla yadda qalıb.