
Rusiya çempionatlarında bir mövsümdə ən çox qol vuran eyni ölkə təmsilçilərinin reytinqində dəyişiklik olub.
Sportnet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Zenit"in futbolçusu Mateo Kassyerra və "Krasnodar"ın hücumçusu Con Kordoba geridə qalan mövsümdə birlikdə 36 dəfə fərqlənməklə ən məhsuldar cütlüklərin siyahısında ikinci pilləyə yüksəliblər.
Kolumbiyalı oyunçuların bu məhsuldarlığı azərbaycanlı duet - Vəli Qasımov (“Spartak”, Dinamo) və Nazim Süleymanovun (“Spartak”, Vladiqafqaz) mövqeyinə də təsir edib. 1992-ci ildə Rusiya çempionatında birlikdə 28 dəfə fərqlənən cütlük 4-cü pillədən 5-ci sıraya geriləyiblər.
Qeyd edək ki, Rusiya Premyer Liqasında ən məhsuldar cütlüklərin reytinqinə 46 qolla Seydu Dumbiya və Lasina Traore (Kot-d`İvuaR) başçılıq edirlər.