"Heç vaxt futboldan bu qədər kənarda qalmamışdım".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun hücumçusu Mahir Emreli deyib.
26 yaşlı futbolçu şəxsi instaqram hesabında Xorvatiya çempionu olduğu üçün sevindiyini yazıb.
"Mövsümə çox yaxşı başlamışdım. Lakin uzunmüddətli zədələr məndən əl çəkmədi. Zədədən əziyyət çəkdiyim dövrdə xarakterimi və səbrimi sınadım. Bu, karyeramın ən vacib anları idi. "Dinamo"da olmaqdan və mükafatlar qazanmaqdan çox məmnunam", - deyə o bildirib.
Qeyd edək ki, "Dinamo" klubu 82 xalla 2023/2024 mövsümünü 1-ci pillədə başa vurub.